Fransa - İrlandiya matçının nəticəsi ləğv olunacaq?
19 Noyabr 2009 Cümə Axşamı 20:20
İrlandiya Futbol Assosiasiyası FİFA-ya müraciət edib
İrlandiya Futbol Assosiasiyası FİFA-nı Dünya çempionatı - 2010-nun pley-off oyunları çərçivəsində Fransa millisi ilə keçirilən matçın nəticəsinin ləğvinə və təkrar oyunun keçirilməsinə çağırıb.

Qeyd edək ki, fransalı forvard Tyeri Anri dünən fransızların qol vurduğu məqamda İrlandiya yığmasının cərimə meydançasında əllə oynadığını etiraf edib.

İrlandiya millisinin baş məşqçisi Covanni Trapattoni FİFA-nı bu vəziyyətə diqqət yetirməyə çağırıb.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar