Fransa Avro-2012-ni boykot etdi
01 İyun 2012 Cümə 14:03
Bu ölkənin hökumət nümayəndələri Ukraynadakı matçları izləməyəcəklər.
Fransanın idman naziri Valeri Furneyron ölkəsinin futbol üzrə Avropaçempionaını boykot edəcəyini bildirib. ANS PRESS-in məlumatına görə, nazir Fransa hökumətinin bu qərarı verməsinə səbəb Ukraynada sabiq baş nazir Yuliya Timoşenko ilə bağlı vəziyyət olub. Valeri Furneyronun sözlərinə görə, Fransa hökumət nümayəndələri Ukraynada təşkil ediləcək Avro-2012 matçlarını izləməyəcəklər.
DOSTLARINLA PAYLAŞ: