Frank Riberi “Real”da
31 Dekabr 2009 Cümə Axşamı 10:25
Frank Riberi “Real”da. Futbolçunun 55 milyon avro müqabilində Madrid klubu ilə anlaşdığı bildirilir.
Almaniyanın “Bavariya” klubunun fransalı futbolçusu Frank Riberinin “Real” klubu ilə anlaşdığı bildirilir. Almaniya mətbuatı Riberinin keçidinin “Kral klubu”na 55 milyon avroya başa gəldiyini iddia edib.

“Bavariya” ilə 2011-ci ilədək müqaviləsi olan Frank Riberinin 2010-cu ilin yazından etibarən İspaniyada məskunlaşacağı bildirilir.

Xatırladaq ki, futbolçu karyerası ərzində “Qalatasaray”, “Marsel” və “Bavariya” kimi klubların formasını geyinib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar