Frank Riberi həbs olundu
20 İyul 2010 Çərşənbə Axşamı 17:10
Frank Riberi və Kərim Benzem azyaşlı qızla əlaqədə şübhəli bilinir.
Fransa yığma komandasının futbolçuları Frank Riberi və Kərim Benzema həbs edilib. Futbolçular 18 yaşlı qızla pul müqabilində intim əlaqədə olmaqda ittiham olunur. Bu ittiham futbolçulara bir neçə ay bundan əvvəl ünvanlansa da, onların dindirilməsi iyunun 11-də mundialın başlanması səbəbilə təxirə salınmışdı.

Dünya Çempionatı-2010 başa çatdıqdan sonra futbolçular yenidən dindirilmək üçün jandarm idarəsinə çağırılıb. Frank Riberi və Kərim Benzema ilə yanaşı Fransa seçmə komandasının digər futbolçusu Sidney Qovu da həmin qızla əlaqədə təqsirləndirilir.

Xatırladaq ki, futbolçuların əlaqədə olduqları Zahia Dehar adlı qız yaşını futbolçulardan gizlətdiyini açıqlamışdı. Fransa qanunlarına əsasən isə azyaşlı qızla cinsi əlaqədə olmaq cinayətdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar