Formula 2 yarışının iki qayığı qəzaya uğradı
08 İyul 2013 Bazar Ertəsi 09:38
Qayıqlar və onların pilotları patrul xidməti həyata keçirən dalğıc-xilasediciləri tərəfindən sahilə çıxarılıblar.
Bakıda keçirilən “Formula-2” yarışı zamanı qəza baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, hadisə ötən gün qeydə alınıb. Qəza Səbail rayonu, Bakı buxtasında keçirilən motorlu qayıqlar üzrə “Formula-2” yarışmasında iştirak edən qayıqlardan ikisisinin iştirakı ilə baş verib.

Dərhal qəzaya uğramış qayıqlar və onların pilotları Fövqəladə Hallar Nazirliyinin ərazidə rezin qayıqlarla patrul xidməti həyata keçirən dalğıc-xilasediciləri tərəfindən sahilə çıxarılıblar. Əməliyyat saat 18:35-də başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar