Formula 1 pilotu dostunun ölümünə səbəb olub?
24 Yanvar 2011 Bazar Ertəsi 17:45
Formula 1 pilotu Yurki Yarvilexto məhkəmə qarşısında cavab verəcək
“Formula-1” pilotu Yurki Yarvilexto insan ölümünə səbəb olmaqda ittiham edilib. O, məhkəmə qarşısında cavab verməli olacaq. Qeyd edək ki, pilot istirahətdə olduğu zaman onun idarə etdiyi qayıqda dostu həlak olub. Yurki Yarvilextonun qayığı idarə edən zaman sərxoş olduğu və sürət həddini aşdığı bildirilir.
“Formula-1” sürücüsünün idarə etdiyi qayıq qəzaya uğradıqdan sonra Yurki Yarvilexto sərxoşluğa görə müayinədən keçməkdən imtina edib. Yurki Yarvilexto qayığı saatda 5 dəniz mili sürətlə idarə etməli olduğu halda onu saatda 40 mil sürətlə idarə edib.
Xatırladaq ki, Yurki Yarvilexto 1994-cü ilədək “Formula-1” üzrə “Zauber” və ”Benetton” komandalarında çıxış edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: