Formula-1 Çin Qran-prisinin qalibi məlum oldu
19 Aprel 2009 Bazar 16:15
Formula 1-də mövsümün üçüncü yarışı olan Çin Qran-prisini, Red Bullun alman pilotu Sebastiyan Vettel birinci pillədə tamamlayib

Çinin Şanxay şosesində başlayan və 56 turdan ibarət yarışa ilk sırada (Pole position) başlayan Vettel, yarışı 155,481 kilometrlik sürətilə 1 saat 57 dəqiqəyə tamamlayaraq birinciliyi təmin etdi. Ötən il İtaliya Qran-prisindəki qələbəsindən sonra Formula-1 tarixinin ən gənc qalib pilotu elan edilən Vettel, karyerasındakı ikinci Qran-pri zəfərini qazanıb.

Yarışda Vettelin komanda yoldaşı avstraliyalı Mark Vebber ikinci, Avstraliya və Malaziya Qran-prisinin qalibi ingilis Jenson Button isə 3-cü olub.

Bravn GP-nin braziliyalı pilotu Rubens Barriçello yarışı dördüncü, McLaren Mercedesin Finlandiya pilotu Heikki Kovalainen isə Qran-prinin beşincisi olub. İlk 2 Qran-prini xalsız başa vuran Ferrarinin braziliyalı pilotu Felipe Massa isə yarışı başa çatdıra bilməyib.

Markalar reytinqində, Brawn GP 36 xalla liderliyini qorudu.

Çin Qran-Prisinin yekununa əsasən pilotlar və markalar reytinqində vəziyyət:

Pilotlar Reytinqiı:
------------------

1. Jenson Button (İngiltərə) Brawn GP 21 xal
2. Rubens Barriçello (Braziliya) Brawn GP 15
3. Sebastian Vettel (Almaniya) Red Bull 10
4. Timo Glok (Almanya) Toyota 10
5. Mark Vebber (Avstraliya) Red Bull 9.5
6. Jarno Trulli (İtaliya) Toyota 8.5
7. Nik Heidfeld (Almaniya) BMW-Sauber 4
8. Fernando Alonso (İspaniya) Renault 4
9. Heikki Kovalainen (Finlandiya) McLaren 4
10. Levis Hamilton (İngiltərə) McLaren 4
11. Niko Rosberq (Almanya) Williams 3.5
12. Sebastien Buemi (İsveçrə) Toro Rosso 3
13. Sebastien Bourdais (Fransa) Toro Rosso 1

Markalar Reytinqi:
------------------

1. Brawn 36 puan
2. Red Bull 19.5
3. Toyota 18.5
4. McLaren 8
5. Renault 4
6. Toro Rosso 4
7. BMW-Sauber 4
8. Williams 3.5

Qeyd: Mövsümün 4-cü yarışı olan Bəhreyn Qran-prisi aprelin 26-da Sakhir şosesində keçiriləcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar