Foqtsun seçimi bəlli oldu
26 Noyabr 2010 Cümə 17:25
Yığmamızın baş məşqçisi "Qızıl Top"a Diyeqo Forlanı layiq görüb
Millimizin baş məşqçisi Berti Foqtsun “Qızıl Top”a namizədlər arasında seçimi müəyyənləşib. Komandamızın almaniyalı çalışdırıcısı 2010-cu ilin ən yaxşı oyunçusuna namizədlər arasında birinci yerə Uruqvay millisinin lideri Diyeqo Forlanı layiq görüb. İkinci yerdə həmyerlisi Tomas Mülleri göstərən almaniyalı sonuncu yerə isə ispaniyalı İker Kasilyası layiq görüb.

Foqtsun məşqçilər arasındakı seçimi də az maraq doğurmur. Belə ki, millimizin çalışdırıcısı birinci yerə həmyerlisi, AÇ-2012-nin seçmə mərhələsindəki rəqibimiz Almaniya yığmasının baş məşqçisi Yoahim Lövü layiq görüb. İkinci yerdə "Real"ın baş məşqçisi Joze Mourinyonu göstərən Foqts sonda Hollandiya millisinin çalışdırıcısı Bert van Marveyki göstərib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar