Flavinyo "Neftçi"dən getdi
21 Noyabr 2010 Bazar 17:10
Ağır zədə alan futbolçu Braziliyaya yollanıb
"Muğan"la görüşdə başıma gələnlərdən xəbərdarsınız. İnanın həmin an futbol karyeramın bitdiyini düşünürdüm. Ancaq sağ olsunlar ki, həkimlərimiz məni tezliklə olmasa belə, yaşıl meydanlara qayıdacağımı bildirdilər. Hazırda komandamız liderdir. İnanıram ki, futbolçularımız inamla bu liderliyi davam etdirəcəklər. Mən isə "Neftçi" Antalyadakı ilk təlim-məşq toplanışına yollanmazdan öncə artıq Bakıda olacam". Bu sözləri "Neftçi"nin braziliyalı futbolçusu Flavinyo deyib.
Premyer Liqanın 13-cü turunda "Muğan"la keçirilən oyunun 16-cı dəqiqəsində ayağı qırılan Flavinyo bu gün müalicəsini davam etdirmək məqsədilə öz ölkəsinə yollanıb. Hazırda ayağı gipsdə olan oyunçu yalnız qış fasiləsindən sonra yaşıl meydanlara dönəcək. Flavinyo vətənində olduğu müddətdə "Neftçi"nin tibbi personalı ilə mütəmadi olaraq əlaqə saxlayacaq.
DOSTLARINLA PAYLAŞ: