Flavinyo İsrail-Azərbaycan matçından danışdı
10 Sentyabr 2013 Çərşənbə Axşamı 04:21
Son oyunlar göstərir ki, Azərbaycan millisində inkişaf gedir.
“Neftçi”nin futbolçusu Flavinyo Azərbaycan milli komandasının İsrail yığması ilə oyunu barədə fikirlərini bölüşüb. ANS PRESS-in məlumatına görə, o, klub saytına açıqlamasında bunları söyləyib:

“İsrail - Azərbaycan oyununu izlədim. Milli komandanız güclü rəqiblə layiqli mübarizə apardı. Məncə bu inkişafın əsas səbəblərindən biri də milli çempionatın səviyyəsinin yüksəlməsidi. Bunda müəyyən qədər biz legionerlərin də rolu var. Son oyunlar göstərir ki, Azərbaycan millisində inkişaf gedir. Bu, bütün ölkələrdə belədi. “Neftçi”nin heyətində çoxlu sayda gənc yerli futbolçular çıxış edir. Düşünürəm ki, onlar da gələcəkdə milli komandaya cəlb olunacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar