Flavinyo Azərbaycan vətandaşı olmaq istəyir
05 Noyabr 2011 Şənbə 17:45
“Nefçi”nin futbolçusu Rövnəq Abdullayevə müraciət edib.
“Neftçi” futbol klubunun braziliyalı yarımmüdafiəçisi Flavinyo Azərbaycan pasportu almaq niyyətindədir. ANS PRESS-in “AzərTac”a istinadən verdiyi məlumatıa görə, futbolçu bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib.
Flavinyo bunun səbəbi kimi Azərbaycana gəlməklə futbol karyerasında yeni bir səhifənın açılamasında görüb: “Burada futbola göstərilən diqqət və qayğı da ürəyimcə oldu. Burada olduğum müddətdə dini, irqi ayrıseçkilik görmədim. Bu baxımdan Azərbaycan tolerant bir ölkədir. Bütün bunları nəzərə alaraq, medalları təqdimetmə mərasimində AFFA prezidenti Rövnəq Abdullayevə yaxınlaşaraq, Azərbaycan pasportu almaq niyyətini ona bildirdim. AFFA prezidenti də öz növbəsində bunu müsbət qarşıladı və baş katib Elxan Məmmədova bununla bağlı göstərişlərini verdi”.
Flavinya tezliklə Azərbaycan pasportu daşıyacağına inandığını bildirib.
DOSTLARINLA PAYLAŞ: