Flaqman “İnter” qarşısında aciz qalıb
07 Mart 2010 Bazar 19:35
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində 3 oyun keçirilib
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində bu gün 3 oyun keçirilib.

“Xəzər-Lənkəran”-“Qarabağ” qarşılaşması 1:2 hesabı ilə Ağdam kollektivinin xeyrinə başa çatıb. 1:1 hesabı ilə yekunlaşacağı gözləniləçn oyunun 93-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Admir Teli komandasına qələbə qazandırıb.

Zaqatalada keçirilən “Simurq”-“Olimpik Şüvəlan” matçında hesab açılmayıb.

“Neftçi” isə “İnter” qarşısnda aciz qalıb. Öz meydanında oynayan flaqman 0-3 hesabı ilə məğlub olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar