Firudin Quliyev bu qelebeye layiq idi
10 İyul 2013 Çərşənbə 08:23
Azerbaycanın ağır atletika yığmasının baş meşqçisi Zlatan Vanev açıqlama verib. Firudin Quliyev bu qelebeye layiq idi.
“Firudin bu qələbəyə layiq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın ağır atletika yığmasının baş məşqçisi Zlatan Vanev deyib.

Bolqarıstanlı mütəxəssis ötən gün Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadasında toplamda 323 kq (142 kq + 181 kq) nəticə göstərərək qızıl medal qazanan Firudin Quliyevin qələbəsini dəyərləndirib: “Quliyev məşqlərdə intizamla və inadla fərqlənirdi. Nə deyə bilərəm? Dünən atletimiz gümüş medal qazandı və bu gün isə Firudin ən yüksək pilləyə qalxdı. Hazırda özümü Universiadada ən xoşbəxt insan hesab edirəm”.

Qeyd edək ki, Firudindən bir gün öncə digər atletimiz Kristina Yovu (58) gümüş medala sahib olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar