Final dava-dalaşla yekunlaşdı
28 May 2013 Çərşənbə Axşamı 23:05
“Neftçi” - “Xəzər Lənkəran” oyunundan sonra futbolçular arasında dava düşüb.
Azərbaycanda 2012/13 mövsümünə yekun vuruldu. Apasport.az saytının məlumatına görə, “Böyük oyun” avrokuboklardan başlayan uzun marafonun yekun nöqtəsi olub.

“Neftçi” - “Xəzər Lənkəran” - 0:0 penaltilər seriyasında 5:3

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Baş hakim: Əliyar Ağayev

Penaltilər seriyası: Kanales (1:0); Sialmas (1:0); Bertuççi (2:0); Ramazanov (2:1); Flavinyo (3:1); Əmirquliyev (3:2); Şükürov (4:2); Tounkara (4:3); Sadiqov, (5:3)

“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Jose Luis Kabion, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev
Baş məşqçi: Böyükağa Hacıyev

“Xəzər Lənkəran”: 30. Toni Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k). 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 7. Sadio Tounkara. 9. Uğur Pamuk, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı, 20. Akif Tağıyev, 42. Kamran Abdullazadə,
Baş məşqçi: Con Toşak

Oyundan sonra futbolçular arasında qalmaqal yaşanıb. Klub rəsmiləri meydana çıxaraq olayın qarşısını almağa çalışıb. Hətta polislə yanaşı. PFL rəhbərliyi də insidentin böyüməsinə imkan verməməyə cəhd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar