FİFA iki oyunun hakimlərinə inanmır
16 Fevral 2011 Çərşənbə 02:48
İki oyunda yeddi qolun penaltidən vurulması ali futbol qurumunda şübhələrə səbəb olub
FİFA nümayəndələri bəyan ediblər ki, öətn həftə Türkiyədə keçirilən iki qarşılaşmanın hakimlərinin ədalətliliyinə inanmırlar. Söhbət fevralın 9-da keçirilən Estoniya-Bolqarıstan (2:2) və Latviya-Boliviya (2:1) oyunlarından gedir.

FİFA-nın şübhələrinə iki oyunda vurulmuş yeddi qolun hamısının penaltidən vurulmasıdır. O da maraqlıdır ki, qarşılaşmalar futbol federasiyaları tərəfindən yox, Tailandın “Futi sport interneşnl” şirkəti tərəfindən təşkil edilib. Qarşılaşmaların hakimlərini də bu şirkət müəyyənləşdirib. Latviya Fubol Federasiyasının məlumatına görə, hakimlərin adları FİFA referilərinin siyahısında olmayıb. Latviya-Boliviya oyunundan əvvəl təşkilatçılar bildiriblər ki, hakimlər briqadası Macarıstandandır. Amma hakimlər özlərini xorvatiyalı kimi təqdim ediblər. Onların şəxsiyyəti hələ də müəyyən edilməyib.

FİFA araşdırmalara başlayıb. “Futi sport interneşnl” şirkəti və hakimlər dələduzluqda şübhəli bilinirlər. Onların bukmekerlərin qarşılaşmaların yekun hesabı ilə bağlı sifarişini yerinə yetirdiyi istisna olunmur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar