FİFA yığmaların növbəti reytinq siyahısını açıqladı
21 Sentyabr 2011 Çərşənbə 15:47
Millimiz ötən ayla müqayisədə 14 pillə irəliləyib
FİFA dünya yığmalarının növbəti reytinqini açıqlayıb. ANS PRESS-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 14 pillə irəliləyib.

Hazırda millimiz 359 xalla 98-ci yerdə qərarlaşıb. Yığmamızın Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1290 xalla 3-cü, Türkiyə 754 xalla 27-ci, Belçika 729 xalla 34-cü, Avstriya 442 xalla 77-ci, Qazaxıstan isə 198 xalla 131-ci pillədə qərarlaşıb.

Siyahının zirvəsinə gəldikdə isə ilk pillədə son Dünya və Avropa çempionu İspaniya seçmə komandası 1605 xalla liderdir. Dünya çempionatının finalçısı Hollandiya isə 1571 xalla 2-ci pillədədir. Qeyd edək ki, növbəti reytinq siyahısı oktyabrın 19-da açıqlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar