FİFA vitse-prezidenti Cek Uorner korrupsiyaya görə istefa verdi
21 İyun 2011 Çərşənbə Axşamı 10:45
FİFA vitse-prezidenti Cek Uorner öz təşəbbüsü ilə ərizə yazıb.
FİFA vitse-prezidenti Cek Uorner tutduğu vəzifədən istefa verib. ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Cek Uorner öz istəyilə istefa ərizəsini yazıb.
Qeyd edək ki, FİFA vitse-prezidentinin adı son zamanlar korrupsiya qalmaqallarında hallanırdı. Cek Uornerin öz istəyilə tutduğu vəzifədən gedəcəyi halda ona ünvanlanmış bütün ittihamların vitse-prezidentin üzərindən götürələcəyi bildirilirdi. Bununla yanaşı Cek Uornerin bu söz-söhbətlərdən sonra siyasi karyerasına da xələl gələcəyi gözlənilir.
Belə ki, Uorner vətəni Trinidad və Tobaqoda nazir postunu tutur. Artıq Trinidad və Tobaqo hökuməti FİFA-ya müraciət edərək Uornerin qanunsuz hərəkətləri ilə bağlı sənədlərin onlara təqdim edilməsini xahiş edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: