FİFA üzr isteyib
31 Oktyabr 2014 Cümə 15:41
2018-ci il futbol üzre dünya çempionatının teqdimat filminde yanlışlıq olub.
Beynelxalq Futbol Federasiyaları Birliyi (FİFA) yol verilen yanlışlığa göre üzr isteyib.
ANS PRESS-in melumatına göre, Rusiyada keçirilecek 2018-ci il futbol üzre dünya çempionatının teqdimat filminde Krımı Rusiya xeritesinde gösteren görüntü eks edilib.
FIFA-dan bildirilib ki, 2018-ci il futbol üzre dünya çempionatının loqo teqdimatı üçün teşkilat komitesi yerli reklam agentliyini vezifelendirib:
"Yerli reklam agentliyi terefinden istifade olunan Rusiya xeritesi diqqetimizden qaçıb. Filmdeki hemin hisse videodan çıxarılıb", -deye FİFA-nın melumatında bildirilib.
Qeyd edek ki, Krımdakı mövcud veziyyet futbolla bağlı bir sıra problemlerin yaranmasına getirib çıxarır. Bele ki, UEFA avqust ayında verdiyi qerara esasen, Rusiya liqasına daxil olan 3 Krım komandasının matçlarını tanımayacağını bildirmişdi.
DOSTLARINLA PAYLAŞ: