FİFA sensasion bəyanatla çıxış etdi
12 İyul 2012 Cümə Axşamı 12:06
Beynəlxalq Futbol Qurumu rüşvətxor məmurların adlarını açılqayıb.
FİFA rüşvət qalmaqalına bulaşanların adlarını açıqlayıb. Beynəlxalq Futbol Federasiyası mətbuata yaydığı sənəddə qurumun keçmiş prezidenti Joao Avelanj və onun kürəkəni, Dünya Çempionatı-2014 təşkilat komitəsinin rəhbəri Rikardo Teyşerin adı çoxmilyonlu rüşvət alma faktlarında hallanır. Məlum olub ki, həmin şəxslər 1992-ci ildən 2000-ci ilə kimi, yəni 8 il ərzində onlar təxminən 22 milyon dollar rüşvət alıblar. Belə məbləğlər matçların translayasiya müqavilələrinə görə alınıb.
DOSTLARINLA PAYLAŞ: