FİFA qərarını verdi
02 Dekabr 2009 Çərşənbə 10:15
FİFA qərarını verdi. Dünya çempionatı İrlandiyasız keçəcək.
FİFA İrlandiya Futbol Assosiasiyasının (İFA) xahişini rədd edib. Bir-neçə gün əvvəl İFA bu ölkənin yığma komandasına Dünya çempionatında iştirak etmək üçün əlavə 33-cü vəsiqənin verilməsini FİFA-dan xahiş etmişdi.
Dünən gecə FİFA-nın baş katibi Cerom Valk İrlandiyanın Dünya çempionatında iştirak etməyəcəyini rəsmi şəkildə bəyan edib.
32 ölkənin futbol üzrə yığma komandalarının iştirak edəcəyi Dünya çempionatının püşkü dekabrın 4-də atılacaq.
Xatırladaq ki, 2010-cu ildə keçiriləcək Dünya çempionatına qatılmaq üçün Fransa və İrlandiya yığmalarının pley-off qarşılaşmasında Tyeri Anri topu əllə saxlayaraq Qallasa qol ötürməsi vermişdi.
Qalasın qolu sayəsində Fransa Dünya çempionatına vəsiqə əldə etmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: