FİFA qadınların hicabla futbol oynamasına icazə verdi
06 İyul 2012 Cümə 10:40
Beynəlxalq Tibb Komitəsi baş örtüyünün oyunçuların sağlamlığı üçün təhlükə yaratmadığını deyib.
Beynəlxalq Futbol Federasiyası (FIFA) müsəlman qadınların baş örtüyü ilə futbol oynamasına icazə verib. ANS PRESS-in CNN Türk-ə istinadla verdiyi məlumata görə, Beynəlxalq Futbol Birliyi Qurumu (IFAB) toplantısında Beynəlxalq Tibb Komitəsinin baş örtüyünün qadın oyunçuların sağlamlığı üçün təhlükə yaratmadığını qənaətinə gəlindiyini bildirib.

FIFA sədr köməkçisi İordaniya şahzadəsi Əli qərardan sonra verdiyi açıqlamada bu qadağanın aradan qalxması üçün çox səy etdiklərini deyib.

Qeyd edək ki, FIFA 2007-ci ildə təhlükəsiliklə bağlı problem yaratdığı üçün baş örtüyü və yadini simvollarla stadiona çıxmağı qadağan etmişdi. Bu qərar İslam ölkələrində böyük etirazlara səbəb olmuşdu.



DOSTLARINLA PAYLAŞ:

oyunlar