FİFA prezidenti Yozef Blatter korrupsiyada ittiham olunur
28 Dekabr 2009 Bazar Ertəsi 20:55
Yozef Blatter World Cup-2010 biletlərinin satışı üzrə tenderdə qardaşı oğluna yardım edib
Beynəlxalq Futbol Federasiyasının prezidenti Yozef Blatterin adı 2010-cu ilin yayında Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə növbəti Dünya çempionatına biletlərin satılması ilə bağlı qalmaqalda hallanmağa başlayıb.

Böyük Britaniya qəzetlərinin yaydığı məlumata görə, FİFA rəhbəri qardaşı oğlu Filipp Blatterin həmtəsisçisi olduğu şirkətin World Cup-2010 üçün nəzərdə tutulan biletlərin satışı üzrə keçirilən tenderin qalibi olmasına kömək edib.

Mahiyyət etibarı ilə böyük Blatterə qarşı korrupsiya ilə əlaqədar ittiham irəli sürülüb.
Britaniyanın “Express” nəşrinin yazdığına görə, FİFA İcraiyyə Komitəsinin qərarı sayəsində bilet satışına dair müqavilə bağlayan “MATCH Hospitality” şirkətinin səhmlərinin təqribən 10 faizi 45 yaşlı Filipp Blatterə məxsusdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar