FİFA prezidenti Yozef Blatter Azərbaycana gələ bilər
22 Yanvar 2011 Şənbə 14:05
FİFA prezidenti Yozef Blatterlə Rövnəq Abdullayev arasında Sankt-Peterburq şəhərində görüş baş tutub.
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, görüşdə ölkəmizdə futbolun inkişafı istiqamətində son 12 ay ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, FİFA ilə AFFA arasında əməkdaşlıq haqda geniş fikir mübadiləsi aparılıb. FİFA-nın prezidenti Yozef Blatter Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirib.

Sonda FİFA-nın prezidenti Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı bu ilin iyun ayında keçiriləcək təntənəli tədbirə dəvət olunub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar