FİFA-nın yeni reytinq siyahısı açıqlandı
07 Noyabr 2012 Çərşənbə 13:12
Millimiz 12 pillə geriləyib.
FİFA-nın yeni reytinq siyahısı açıqlayıb. Azərbaycan milli komandası reytinq siyahısında 12 pillə geriləyib. Berti Foqtsun komandası hazırda 277 xalla 123-ci pillədə qərarlaşıb.
Siyahıya İspaniya başçılıq edir. Son Avropa və dünya çempionunun aktivində 1554 xal var. Almaniya millisi isə 1421 xalla ikincidir.

"DÇ-2014"dəki rəqiblərimizdən ən yaxşı göstərici Portuqaliya millisi olsada, oda bir pillə geriləyib. Rusiya yığması isə 3 pillə irəliləyərək 1084 xalla 9-cu yerdə qərarlaşıb. İsrail 4 pillə iləyərək 78-ci, Şimali İrlandiya 17 pillə irəliləyək 356 xalla 100-cü olub.
Qonşumuz Türkiyə 2 pillə geriləyərək 639 xalla 38-ci yerdə qərarlaşıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar