FİFA-nın təşkilat komitəsinin sədri ANS-ə danışdı
25 İyul 2010 Bazar 16:00
“İnanıram ki, Azərbaycan DÇ-nin final mərhələsini təşkil eutməyin öhdəsindən gəlməyi bacaraq”.
Xəbər verdiyimiz kimi, 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsi 2012-ci ildə Bakıda keçiriləcək. Bu turnirin daxili Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov, Təşkilat Komitəsinin üzvləri – baş katibin müavini Elxan Əsədov və AFFA-nın infrastruktur üzrə meneceri Elnur Məmmədov hazırda Almaniyada səfərdədir. Səfərin məqsədi Almaniyada keçirilən 20 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının 1/4 final oyunlarını izləmək, turnirin təşkilati işləri ilə yaxından tanış olmaq, təcrübə mübadiləsinin aparılmasıdır. Nümayəndə heyətimiz bu gün Boxum şəhərində keçiriləcək Almaniya – Şimali Koreya və sabah Auqsburq şəhərində keçiriləcək ABŞ – Nigeriya oyununu izləyəcəklər.

FİFA-nın təşkilat komitəsinin sədri Ulrix Volter ANS-ə müsahibəsində Azərbaycanın bu tapşırığın öhdəsindən gələcəiyinə inandığını bildirib.

“Dünya çempionatını qəbul etmək böyük məsuliyyətdir. Burada dünyanın müxtəlif ölkələrini qəbul edirsən və bu da heç də asan deyil. Bütün təşkilati işlər qaydasında olmalıdır. Komandaları qəbul etmək, təhlükəsizlik və bu kimi digər məsələlərdə FİFA AFFA ilə əməkdaşlığını davam etdirir. Bu məqsədlə də Azərbaycan nümayəndələri Almaniyaya dəvət olunub. Mən inanıram ki, Azərbaycan bu tapşırığın öhdəsindən gəlməyi bacaraq”,-deyə FİFA-nın təşkilat komitəsinin sədri Ulrix Volter bildirib.

Bundan əlavə, 2012-ci ildə Bakıda 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında keçiriləcək dünya çempionatının daxili Təşkilat Komitəsinin koordinatoru, AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı Könül Mehdiyeva Almaniyada keçirilən U-20 qızlar arasında dünya çempionatının təşkilati işləri ilə yaxından tanış olmaq, təcrübə mübadiləsi məqsədilə 3 həftədən artıqdır ki, bu ölkədə səfərdədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar