FİFA ilin ən yaxşı qolunu seçdi
    22 Dekabr 2009 Çərşənbə Axşamı 10:15
    Kriştianu Ronaldo nominasiyanın qalibi olub
    
                	 
    
         FİFA ötən il vurulmuş ən gözəl qolun müəllifinin adını açıqlayıb. 
Bu “Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldodur. 
Futbolçunun ötən il “Mançester Yunayted” klubunun heyətində Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Portu”nun qapısına vurduğu top ilin ən yaxşı qolu nominasiyasında qalib olub. 
Mükafatı futbolçuya mərhum macar futbolçu Ferents Puşkaşın həyat yoldaşı Elizabet və liberiyalı futbolçu Corc Vea təqdim edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: