FİFA hicaba qadağa qoydu
06 Aprel 2010 Çərşənbə Axşamı 11:35
FİFA hicaba qadağa qoydu. Qızlardan ibarət İran yığması diskvalifikasiya edildi.
FİFA qızlardan ibarət futbol komandasının Sinqapurda baş tutacaq gənclərin I Olimpiya oyunlarında iştirakına qadağa qoydu.
Buna səbəb iranlı qızların hicab taxmaları olub. Belə ki, FİFA-nın qaydalarına uyğun olaraq futbolçular meydana idman geyimində çıxmalıdırlar.
Xatırladaq ki, Sinqapur Olimpiya Oyunları 12-25 avqust tarixində keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: