FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqladı
15 Dekabr 2010 Çərşənbə 13:15
Millimiz ötən ayla müqayisədə 8 pillə geriləyib
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Milli komandamız ötən ayla müqayisədə 8 pillə geriləyərək 98-ci yerdə qərarlaşıb.

Komandamızın aktivində 343 xal var. Avro 2012-nin seçmə mərhələsində rəqiblərimizdən olan Almaniya siyahının 3-cü, Türkiyə 31-ci, Avstriya 46-cı, Belçika 57-ci, Qazaxıstan yığması isə 138-ci pilləsində qərarlaşıb. FİFA reytinqində ilk yeri İspaniya kollektivi tutur. Son dünya və Avropa çempionlarının aktivində 1887 xal var.

Hollandiya ikinci, Almaniya üçüncü, Braziliya dördüncü, Argentina beşinci, İngiltərə altıncı, Uruqvay yeddinci, Portuqaliya səkkizinci, Misir doqquzuncu, Xorvatiya isə onuncu yerdə qərarlaşıb. Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını yanvar ayının 12-si açıqlayacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar