FİFA dünya yığmalarının yeni reytinq siyahısını
02 Fevral 2011 Çərşənbə 13:15
Millimiz ötən ayla müqayisədə iki pillə geriləyib
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. ANS PRESS-in FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandamız ötən ayla müqayisədə iki pillə geriləyib. Hazırda millimiz 99-cu yeri tutur. Yığmamızın aktivində 344 xal var.

Komandamızın AVRO-2012-nin seçmə qrup mərhələsindəki rəqibləri Almaniya 3-cü , Türkiyə 31-ci, Avstriya 45-ci, Belçika 58-ci, Qazaxıstan isə 137-ci pillədə yer alıb.

FİFA-nın reytinq siyahısındakı ilk “onluq”da yer almış komandaları nəzərinizə çatdırırıq: İspaniya, Hollandiya, Almaniya, Braziliya, Argentina, İngiltərə, Uruqvay, Portuqaliya, Xorvatiya və Yunanıstan.

Qeyd edək ki, FİFA növbətini reytinq siyahısını martın 11-də açıqlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar