FİFA Dünya çempionuna nə qədər pul verəcək?
04 Dekabr 2009 Cümə 12:05
FİFA Dünya çempionuna nə qədər pul verəcək? Mundialın mükafat fondunda 60% artım baş verib.
FİFA 2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə Dünya çempionatının mükafat fondunun 60% artdığını bəyan edib.
Beynəlxalq Futbol Qurumunun prezidenti Zepp Blatterin sözlərinə görə, fond 261 milyon dollardan 420 milyon dollaradək zənginləşib. Bu fonddan çempionatda iştirak edəcək 32 komandadan hər birinə 9 milyon dollar mükafat veriləcək. Mundialın qalibi olacaq kollektiv isə 31 milyon dollar gəlir əldə edəcək.

Xatırladaq ki, Dünya çempionatının püşkatma mərasmimi bu gün Keyptaun şəhərində baş tutacaq.

Mərasimə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar