FİFA-dan Nigeriyaya ağır cəza
05 Oktyabr 2010 Çərşənbə Axşamı 01:25
Nigeriyanın futbol millisi və klubları beynəlxalq yarışlardan uzaqlaşdırıldılar.
FİFA Nigeriyanı dövlətin Futbol Federasiyasının işinə müdaxiləsi ilə əlaqədar diskvalifikasiya edib. Buqərardan sonra Nigeriya millisi və ölkə klubları bütün beynəlxalq yarışlardan kənarlaşdırılıblar. Niceriya millisinin oktyabrın 10-da Afrika Küuboku yarışlaroında Qvineya yığması ilə oyunu sual altındadır.
FİFA Nigeriyaya qarşı sanksiyaları məmurların futbol məsələlərinə çoxsaylı müdaxilələri, Futbol Federasiyasının üzvlərinə qarşı məhkəmə təqibləri, İdman Nazirliyinin göstərişi ilə federasiya rəhbərinin istefaya məcbur edilməsi ilə əlaqədar tətbiq edib. Ümumiyyətlə, Nigeriyada İdman Nazirliyi futbolda idarəetməni mənimsəyib. İş o yerə çatıb ki, yuxarı divizionu tərk etməli komandalar nazirliyin göstərişi ilə növbəti mövsümdə də yuxarı divizionda çıxış etmək imkanı qazanıblar.
Nigeriyada futbolla bağlı dövlət sərəndamları ləğv edilmədən, Futbol Federasiyasının işdən uzaqlaşdırılan rəhbərləri yerlərinə qaytarılmadan və federasiyaya müstəqillik verilmədən FİFA-nın sanksiyaları qüvvədə qalacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: