FİFA Azərbaycanı bağışladı
20 Noyabr 2009 Cümə 17:35
Azərbaycan-Rusiya oyunundakı insidentə görə cəza tətbiq edilməyəcək
FİFA Azərbaycan-Rusiya qarşılaşması ilə bağlı qərarını açıqlayıb. Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada azarkeşlər arasında baş verən insidentlə bağlı məsələ FİFA-nın İntizam Komitəsində müzakirə olunub.

AFFA-ya göndərilən rəsmi məktubda göstərilib ki, insidentlə bağlı AFFA tərəfindən təqdim olunan bütün faktlar araşdırılıb. FİFA-nın İntizam Komitəsi AFFA-ya hər hansı cəza və cərimə tətbiq etməmək qərarına gəlib.

AFFA-ya tövsiyə olunub ki, gələcəkdə analoji halların baş verməməsi üçün oyunlar zamanı müvafiq təhlükəsizlik tədbirlər daha yüksək səviyyədə təmin olunsun.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar