FİFA AFFA-ya 550 min dollar ödəyəcək
28 Yanvar 2011 Cümə 20:55
FIFA-nın maliyyə idarəsi gəlirlər barədə hesabatını yekunlaşdırıb.
4 illik fasilədən sonra FIFA-nın maliyyə idarəsi bu dövrdə əldə olunan gəlirlər barədə hesabatını yekunlaşdırıb. Rəsmi hesabatın 2011-ci ilin mart ayında açıqlanacağı bildirilsə də, indidən gəlirin 3-4 milyard dollar olacağı gözlənilir. Məbləğin belə yüksək olmasına 2010-cu ildə keçirilən dünya çempionatının yüksək şəkildə təşkili səbəb olub.
FIFA gəlirləri çox olduğuna görə, hər bir ölkə futbol assosiyasiyasına 300 min dollar köçürməyi nəzərdə tutub. Bundan əlavə, hər il ali futbol qurumunun gəlirinin bir hissəsi olaraq, üzv ölkələrə daha 250 min dollar veriləcək. Belə olan təqdirdə, FIFA tərəfindən AFFA-ya 550 min dollar məbləğində pul ödəniləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: