FHN komandası beynəlxalq yarışda ikinci yeri qazanıb
19 İyul 2010 Bazar Ertəsi 17:40
Nazirliyin komandası Karpat dağlarının Zaverla zirvəsinə Azərbaycan bayrağını sancıb.
Fövqəladə Hallar Nazirliyinin gənc xilasedici və yanğınsöndürənlər komandası Ukraynanın İvano-Frankovski vilayətinin Yaremça şəhərində keçirilmiş "Təhlükəsizlik məktəbi" adlı V Beynəlxalq (X Ümumukrayna) gənc xilasedicilərin təlim yarışında iştirak ediblər. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məştbuat xidməti məlumat yayıb.
Yarışlarda komandalar təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış bacarıqlarını, eləcə də insanlara psixoloji yardım göstərilməsi hazırlığını, radiasiya və kimyəvi təhlükədən qorunma, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su hövzələrində axtarış-xilasetmə işlərinin aparılması və fövqəladə vəziyyət zonasında yanğın-xilasetmə və qəza-bərpa işləri, tibb xidmətinin əsasları və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə keçirilmiş müsabiqələrdə öz bacarıqlarını nümayiş etdiribər.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin komandası uğurla çıxış edərək ikinci yerə layiq görülüb. Birinci və üçüncü yerlərə isə Ukrayna komandaları layiq görülüb. Yarışlarda qalib gəlmiş komandalar kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Onu da qeyd edək ki, yarışlar zamanı Nazirliyin komandası Karpat dağlarının hündürlüyü 2060 metr olan Zaverla zirvəsini fəth edərək Azərbaycan bayrağını sancıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: