Fərid Quliyevə qadağa qoyulub
15 Fevral 2011 Çərşənbə Axşamı 17:18
Futbolçu "Simurq"un heyətində "Neftçi"yə qarşı oynaya bilməz
“Neftçi” klubu Unibank Premyer Liqasının növbəti turunda Zaqatalanın “Simurq” klubu ilə üz-üzə gələcək. ANS PRESS-in “Neftçi” klubuna istinadən verdiyi məlumata görə, flaqmanın “Simurq”a icarəyə verdiyi futbolçusu Fərid Quliyev bu görüşdə meydana çıxa bilməyəcək. Buna səbəb isə iki klub arasında imzalanan müqavilədir.
“Neftçi”nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytında bu məsələyə münasibət bildirib: “Hazırda sabiq hücumçumuz Fərid Quliyevin növbəti turun matçında bizə qarşı oynaması mümkün deyil. Buna səbəb isə iki klub arasında imzalanan müqavilənin şərtləridir. Həmin müqaviləyə "Simurq" rəsmiləri imza atıblar, bu isə o deməkdir ki, onlar müqavilənin şərtləri ilə razıdır. Bilirsiniz ki, bizim başqa futbolçularımız da "Simurq"da icarə əsasında çıxış edir. Onlar əvvəlki oyunlarda komandamıza qarşı mübarizə aparıb”.
Baş məşqçi yetirmələrinin “Simurq”la oyuna qələbə əzmi ilə çıxacaqlarını bildirib.
Xatırladaq ki, “Neftçi” XXI turdan sonra 42 xalla turnir cədvəlinə liderlik edir. “Simurq” isə 12 xalla 11-ci yerdədir.
DOSTLARINLA PAYLAŞ: