“Qızıl Qran Pri”də iştirak edəcək Yunan-Roma güləşi yığmamızın tərkibi açıqlandı.
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 8-10 iyul 2011-ci il tarixində keçiriləcək yarışın ilk günündə sərbəst, ikinci günündə qadın, üçüncü günündə isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq.
Yarışlar hər gün saat 10.00-da, final görüşləri saat 18.00-da başlayacaq.Turnirdə 34 ölkədən 400-ə qədər idmançı qüvvələrini sınayacaq.
Turnirin son günündə mübarizəyə qoşulacaq yunan-Roma güləşçiərimizi baş məşqçi Fərid Mansurov, böyük məşqçi Akif Əliyev, məşqçilər Vüqar Aslanov və Nurəddin Rəcəbovun rəhbərliyi altında "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində aşağıdakı heyətlə iştirakı gözlənilir:
55 kq
1. Bayramov Rövşən
2. Əzizli Eldəniz
3. Əhmədov Orxan
4. Məmmədov Taleh
5. Əliyev Elçin
60 kq
1. Əliyev Həsən
2. Məmmədov Kamran
3. Cəlilov Sakit
4. Süleymanov Qadir
66 kq
1. Rəhimov Vitaliy
2. Əliyev Rüstəm
3. Əliyev Azad
74 kq
1. Hüseynov Rafiq
2. Mürsəliyev Elvin
3. Əhmədov Emin
4. Mustafayev Samuray
84 kq
1. Təhmasibi Saman
2. Məmmədov Şəhriyar
3. Abdullayev Elməddin
96 kq
1. Qadabadze Şalva
2. Həsənov Araz
120 kq
1. Proxorov Maksim
ANSPRESS