Fərid Mansurovun baş məşqçi kimi debütü uğurlu alındı
19 İyul 2010 Bazar Ertəsi 23:15
Fərid Mansurovun baş məşqçi kimi debütü uğurlu alındı. Komandamız Qızıl Qran-pri turnirində 6 medal qazandı.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-pri turnirinə yekun vurulub. Yarışın son günü Yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Çempionatın 3-cü günü də Azərbaycan idmançılarının üstünlüyü ilə yadda qalıb.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-pri turnirinin son günündə Yunan-Roma güləşçilərimiz qadın güləşi üzrə yığma komandanın uğursuzluğunu unutdurmalı idi. Belə də oldu, Fərid Mansurovun baş məşqçi kimi debütü uğurlu alındı.

Komandamız 6 medal qazandı kı, bunlardan da 2-nin əyarı qızıl oldu. Fərid Mansurova məşqçi karyerasında ilk qızıl medalı 60 kq çəki dərəcəsində mübarizə aparmış Həsən Əliyev hədiyyə edib. O, finalda rumıniyalı rəqibini məğlub edib.

66 kq çəki dərəcəsinin final görüşündə isə 2 həmyerlimiz üz-üzə gəlib. Vitaliy Rəhimovla Rüstəm Əliyevin qarşıdurmasından daha təcrübəli Rəhimov qalib ayrılıb. Əliyev isə gümüş medalla kifayətlənməli olub. Ağırlığı 84 kq olan güləşçilərlə yarışan Şalva Qadabadze də yarışı ikinci pillədə başa vurub. Qadabadze həlledici qarışılaşmada iranlı rəqibinə uluzub. 60 kq.-da mübarizə aparan Fuad Əliyev isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Daha bir idmançımız, Samuray Mustafayev isə 74 kq-ın üçüncüsü olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar