Fərhad Rəcəbli Avropa çempionatında gümüş medal qazandı
08 Oktyabr 2010 Cümə 12:00
Fərhad Rəcəbli Xorvatiyada uğurla çıxış edib.
Xorvatiyada usta cüdoçular arasında Avropa çempionatı keçirilir. Yarışda ümumilikdə 9 cüdoçumuz mübarizə aparır.

Avropa çempionatının rəsmi saytında yer alan məlumata görə, cüdoçularımızdan 90 kq çəki dərəcəsində çıxış edən Fərhad Rəcəbli ölkəmizi uğurla təmsil edib. Cüdoçumuz finalda yalnız italyan cüdoçu Petro Melloneyə uduzaraq yarışın gümüş medalını əldə edib.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışda Fərhad Rəcəbli qızıl medal əldə etmişdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar