Türkiyənin “Fenerbaxça” (FB) futbol komandasının məşhur oyunçusu Emre Belözoğlu ata oldu. Bu barədə məlumat FB idman klubunun rəsmi internet saytında yayılıb. Saytın məlumatında, Emrenin həyat yoldaşı Tuba Belözoğlunun “Amerkan” xəstəxanasında oğlan uşağı dünyaya gətirdiyi bildirilir. Məlumata görə, 3 kq 550 qr çəki ilə dünyaya gələn körpəyə Ömər Akif adı verilib.