Fənərbaxça yeni ildə ilk transferini reallaşdırdı
15 Yanvar 2010 Cümə 17:45
Fənərbaxça klubu Gökhan Ünalla anlaşıb.
Türkiyənin “Fənərbaxça” klubu yeni ildə ilk transferini reallaşdırıb. Klub “Trabzonspor”un türkiyəli futbolçusu Gökhan Ünalı heyətinə qatıb.

“Fənərbaxça” klubu rəhbərliyi artıq futbolçunun transferini rəsmən təsdiqləyib.

Gökhan Ünal “Trabzonspor” klubunun heyətində bu gün çıxdığı məşqdə artıq sabiq komanda yoldaşları ilə görüşərək “Fənərbaxça”ya keçdiyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar