Fenerbaxça son deqiqelerde meğlubiyyetden qurtuldu
01 Avqust 2013 Cümə Axşamı 02:52
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə 5 qarşılaşma keçirilib. Azərbaycanlı futbol azarkeşlərinin diqqəti isə Avstriyaya yönəlib. Belə ki, Zalsburqda yerli “Austriya” ilə qardaş Türkiyənin “Fənərbaxça” klubu qarşılaşıb.

Maraqlı keçən matçda qalib müəyyənləşməyib – 1:1. İlk qolu isə meydan sahibləri vurub. 68-ci dəqiqədə Duqlas Alan yerli azarkeşləri sevindirib. Lakin oyuna əlavə edilmiş 5-ci dəqiqədə Raul Meyreleş komandasını məğlubiyyətdən xilas edib.

Digər görüşlərdə də APOEL “Maribor”la, “Mölde” (Norveç) “Legiya” ilə heç-heçə edib – 1:1.

“Ludoqorets” “Partizan”a, və “Seltik” “Elfsborq”a minimal hesabla qalib gəlib.

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 6-7-də keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi (ilk oyunlar)

APOEL (Kipr) - “Maribor” (Sloveniya) 1:1
Qonçalves, 21 - Tavares, 29

“Mölde” (Norveç) - “Legiya” (Polşa) 1:1
Çima, 29 - Dvalişvili, 68

“Ludoqorets” (Bolqarıstan) - “Partizan” (Serbiya) 2:1
Marçelino, 54, Aleksandrov, 67 - Markoviç, 49

“Austriya” (Zalsburq, Avstriya) - “Fənərbaxça” (Türkiyə) 1:1
Alan, 68 - Meyreleş, 90+5

“Seltik” (Şotlandiya) - “Elfsborq” (İsveç) 1:0
Kommons, 76


DOSTLARINLA PAYLAŞ:

oyunlar