Fənərbaxça prezidenti Əziz Yıldırım Bakıdadır
24 May 2011 Çərşənbə Axşamı 21:15
Fənərbaxça prezidenti Əziz Yıldırımı Azərbaycana “Xəzər-Lənkəran” klubunun rəhbərliyi dəvət edib.
Mayın 24-də Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım Azərbaycana gəlib. O, “Xəzər-Lənkəran” klubunun dəvəti ilə Bakıya təşrif buyurub. Ə.Yıldırım Azərbaycan kubokunun final qarşılaşması çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Xəzər-Lənkəran” – “İnter” qarşılaşmasını izləyir.

Qeyd edək ki, oyunu AFFA prezidenti Rövnəq Abdullayev də izləyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar