“Fənərbaxça” prezidenti boşandı
07 Aprel 2010 Çərşənbə 12:25
Əziz Yıldırım ayda 25 min dollar aliment, üstəlik 5 milyon təzminat ödəyəcək.
“Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım 30 il evli olduğu həyat yoldaşı Yıldız Yıldırımdan boşanıb. Əziz Yıldırım həyat yoldaşı ilə Beykoz Ailə Məhkəməsinin qərarı ilə ayrılıb.

Məhkəmə Əziz Yıldırıma ayda 25 min dollar aliment kəsib. Bundan başqa, Əziz Yıldırım artıq keçmiş həyat yoldaşı Yıldız Yıldırıma 5 milyon dollar da təzminat ödəyəcək.

Bununla da bu ayrılma Türkiyənin ən bahalı boşanmaları siyahısına daxil oldu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar