“Fənərbaxça”nın yeni forması bu gün təqdim olunacaq
23 İyul 2010 Cümə 05:05
Yeni forma tamamilə klubun gerbindəki yaşıl rəngi əks etdirəcək.
Türkiyənin “Fənərbaxça” klubu bu gün yeni formasını təqdim edəcək. Klubun vitse-prezidenti Abdullah Kiğılı “Hürriyet” qəzetinə verdiyi müsahibədə yeni formanın cümə günü (bu gün) təqdim olunacağını deyib: “Yeni formanı cümə günü ictimaiyyətə təqdim edəcəyik. Ən böyük sürprizimiz yeni formanın rəngdir. Yaşıl rəngdə olacak bu formanın seviləcəyindən əminəm”.

Qeyd edək ki, yeni forma tamamilə klubun gerbindəki yaşıl rəngi əks etdirəcək. Formanın arxa tərəfində isə klassik formanın rəngində, 9 ədəd sarı-mavi xətlər olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar