"Fənərbaxça"nın sabiq məşqçisi Artur Ziko işindən qovulub
19 Yanvar 2010 Çərşənbə Axşamı 17:05
Artur Ziko "Olimpiakos"da da qərar tutmadı
Yunanıstanın “Olimpiakos” klubunun braziliyalı baş məşqçisi Artur Ziko istefaya göndərilib. Buna səbəb klubun uğursuz nəticələr göstərməsi olub.
“Olimpiakos” Yunanıstan çempionatının son 4 qarşılaşmasının 2-də məğlub olub. İndi “Olimpiakos” lider “Panatinaikos”dan 7 xal geri qalır.
Baş məşqçi vəzifəsində cəmi 4 ay çalışıb. O, bu postda gürcü Timur Ketsbayanı əvəzləmişdi. Artur Ziko karyerası ərzində Türkiyənin “Fənərbaxça” və Rusiyanın “MOİK” klublarını çalışdırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: