“Fənərbaxça”nın prezidenti Bakıda
24 May 2010 Bazar Ertəsi 10:00
Əziz Yıldırım dünən baş tutan ölkə kubokunun finalını izləyib.
Futbol üzrə Azərbaycan Kuboku uğrunda final qarşılaşması baş tutub. Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən qarşılaşmanı bir çox tanınmış simalar da izləyib.
Bunların arasında yığma komandanın baş məşqçisi Berti Foqts və Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım da var idi. “Fənərbaxça”nın prezidenti qarşılaşmanı fəxri tribunadan izləyib.
Xatırladaq ki, futbol üzrə Azərbaycan kubokunun finalında “Bakı” əlavə vaxtda “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: