"Fənərbaxça"nın birinci vitse-prezidenti istefa verdi
25 Avqust 2011 Cümə Axşamı 20:04
Buna səbəb klubun UEFA Çempionlar Liqasında iştirak edə bilməyəcəyidir
Türkiyənin "Fənərbaxça" futbol klubunun birinci vitse-prezidenti Nihat Özdemir komandasının 2011-2012-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak edə bilməyəcəyi məlum olduqdan sonra istefa verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Özdəmir istefa qərarını İdarə Heyətinin iclasında elan edib.

İclasdan öncə Özdəmir həbsxanaya gedərək klubun prezidenti Əziz Yıldırımla görüşüb.

Xatırladaq ki, klubun vəkillərindən biri Haluk Burcuoğlu bəyan edib ki, komanda çıxarılmış qərarın ədalətsiz olduğunu sübut etmək üçün bütün instansiyalara müraciət etmək niyyətindədir. Danışılmış oyunların təşkilində şübhəli bilinən futbol məmurlarının saxlanılması üzrə polisin əməliyyatı iyulun 3-də səhər tezdən Türkiyənin 12 əyalətində, o cümlədən İstanbul və Ankarada eyni vaxtda başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar