"Fənərbaxça"lı azarkeşlər həbs edildi
27 May 2010 Cümə Axşamı 16:15
Onlar "Şükrü Saracoğlu" stadionunu yandırmaqda təqsirləndirilir.
Türkiyənin “Fənərbaxça” klubunun 7 azarkeşi polis tərəfindən saxlanılıb. Bu şəxslər futbol üzrə Türkiyə çempionatının son turunda “Şükrü Saracoğlu” stadionunda baş tutan “Fənərbaxça” – “Trabzonspor” matçından sonra iğtişaş yaratmaqda şübhəli bilinir.
Xatırladaq ki, “Fənərbaxça” – “Trabzonspor” oyunundan sonra stadionu yandırmaqda şübhəli bilinən 10 nəfər saxlanılmışdı. Sonradan onlardan 3-ü sərbəst buraxılmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: