“Fənərbaxça” komandasıhücumaməruzqaldı
27 Dekabr 2010 Bazar Ertəsi 01:15
Fənərbaxçalı oyunçular hadisə nəticəsində xəsarət alıb, bir nəfərin isə burnu sınıb
Türkiyənin məhşur “Qalatasaray” və “Fənərbaxça” komandalarının “U-17” liqi çərçivəsində keçirdikləri qarşılaşmada qalmaqal baş verib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray” klubuna aid “Mətin Oqtay” təlim-məşq mərkəzində baş vermiş hadisədə bəzi futbolçular xəsarət alıb və qarşılaşma təxirə salınıb. Məlumata görə qarşılaşmada ilk yarı 1-1 hesabla başa çatdıqdan sonra “Fənərbaxça” oyunçuları geyinmə otağına gedərkən qalatasaraylı bəzi azarkeşlərin hücumuna məruz qalıblar.

“Fənərbaxça” 17 yaşlılardan ibarət komandanın məşqçisi Engin Kabaş hadisə vaxtı kifayət qədər təhlükəsizlik tədbiri olmadığını, oyunçulardan birinin burnunun sındığını deyib: “Qarşılaşmanın birinci hissəsi 1-1 hesabla başa çatmışdı. “Qalatasaray” azarkeşləri oyunçuları tribunalara çağırdı və daha sonra özləri meydana düşərək oyunçulara hücum etdilər. Oyunçulardan birinin burnu sındı. Texniki heyət də hücuma məruz qaldı. Hadisə baş verdiyi vaxt heç bir təhlükəsizlik tədbri yox idi. Oyunçularımızın öz ailələrinin yanında belə bir hücuma məruz qalması idman adına utanılacaq bir vəziyyətdir”.

Qeyd edək ki, “Fənərbaxça” klubu hadisəni törədənlərin yaxalanmasını tələb edən bəyanatla çıxış edib: “Klubumuz bu xoşagəlməz hadisəni törədənlərin cəzalandırılması üçün həm hüquqi, həm də Türkiyə futbol federasiyası yanında hər cür təşəbbüsü göstərəcək. Bu idman xuliqanlarının cəzasız qalmaması üçün mövzunu təqib edəcəyik. İctimaiyyətin də bu şəxslərin gizlənməməsi və cəzalandırılması üçün lazım olan həssaslığı göstərəcəyinə inanırıq...”

“Qalatasaray” rəsmiləri də hadisəyə görə təəssüfləndiklərini bildiriblər: “Bu gün Florya “Mətin Oqtay” təlim-məşq mərkəzində “U-17” liqası çərçivəsində keçirilən qarşılaşma bizimlə heç bir əlaqəsi olmayan hadisələrə görə təxirə salınıb. Baş vermiş bu xoşagəlməz hadisələrə görə, “Fənərbaxça” “U-17” komandasına keçmiş olsun deyirik təəssüflərimizi bildiririk”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar