Fənərbaxça klubunun prezidenti boşanır
30 Oktyabr 2009 Cümə 18:35
Fənərbaxça klubunun prezidenti Əziz Yıldırım məsələ ilə bağlı vəkillərinə müraciət edib
Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım 29 ildir birgə olduğu həyat yoldaşından ayrılmaq qərarına gəlib. 57 yaşlı Əziz Yıldırım boşanma məsələlərini həll etmək üçün vəkillərə müraciət edib.
Qeydə edək ki, Yıldız Yıldırımın həyat yoldaşı ilə münasibətləri təqribən bir il öncədən soyumağa başlayıb. Klub prezidenti ailəvi problemlər üzündən həyat yoldaşını tərk edib. Həmin vaxt da mətbuatda bu haqda yazılar yer alsa da, prezident klubunun rəsmi saytı vasitəsilə bu xəbərləri təkzib etmişdi.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: